Banqladeşin ətraf mühit naziri qalıq yanacaqlardan imtina etməyə çağırıb

Banqladeşin ətraf mühit naziri qalıq yanacaqlardan imtina etməyə çağırıb İqlim dəyişikliyi ilə bağlı məsələni həll etmək və qalıq yanacaqlardan imtina etmək üçün bir araya gəlməliyik.
Ekologiya
3 May , 2024 17:26
Banqladeşin ətraf mühit naziri qalıq yanacaqlardan imtina etməyə çağırıb

İqlim dəyişikliyi ilə bağlı məsələni həll etmək və qalıq yanacaqlardan imtina etmək üçün bir araya gəlməliyik.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Banqladeşin ətraf mühit, meşə təsərrüfatı və iqlim dəyişikliyi naziri Saber Hosseyn Çoudhuri Bankın Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 57-ci illik toplantısı çərçivəsində “ADB-nin təkamülü ilə bağlı yol xəritəsi: Strategiya 2030-un yenilməsi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

“Biz hələ də vədlər haqqında danışırıq, amma onlar yerinə yetirilmir. Məncə, bununla bağlı çatışmayan məsələ qlobal etimad və həmrəyliklə bağlıdır. Hər dəfə öhdəliklər yerinə yetirilmədikdə fərqi aradan qaldırmaq getdikcə çətinləşir. Söhbət təkcə iqlim dəyişikliyi və inkişafdan getmir. Əslində, bu, çoxtərəflilik üçün sınaqdır. Yəni biz qlobal birlik olaraq bir araya gəlib problemləri həll edə bilməyəcəyikmi? Əgər biz bunu iqlimlə bağlı edə bilsək, o zaman başqa məsələlərdə də güclərimizi birləşdirə bilərik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi