Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə ötən il 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilən 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.
Ötən ildə balıqçılar kvota üçün 101,6 min manat ödəniyib. Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.