Balaxanı tullantı poliqonunda 1000 ədəd ağac əkilib - FOTO

Balaxanı tullantı poliqonunda 1000 ədəd ağac əkilib - FOTO Ağacları IDEA, İqtisadiyyat Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları əkib
Ekologiya
9 Aprel , 2016 13:09
Balaxanı tullantı poliqonunda 1000 ədəd ağac əkilib - FOTO

Bakı. 9 aprel. REPORT.AZ/ IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib. "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Əkilən ağaclar daim "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının nəzarətində olacaq, poliqon əməkdaşları tərəfindən onlara qulluq ediləcək.

Son illər yaşıllıq və ağaclıq ərazisinə çevrilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantıların üfunəti, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. "Təmiz Şəhər" ASC fəaliyyətə başladıqdan sonra isə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşını tamamilə alınıb, bütün məişət tullantıları örtülüb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib. Bir neçə ildir ki, IDEA, İqtisadiyyat Nazirliyi və "Təmiz Şəhər" əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 9 minə yaxın ağac əkilib.

Son xəbərlər

Orphus sistemi