Balakəndə qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb edilib

Balakəndə qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb edilib Yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.
Ekologiya
26 Mart , 2024 16:29
Balakəndə qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb edilib

Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfəri məsuliyyətə cəlb ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçiriblər.

Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi