Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkilib - FOTO

Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkilib - FOTO Bakının mərkəzində yaradılan, sonradan sökülən qanunsuz parkinqin yerində ağac əkilib. “Report” ərazidən görüntüləri təqdim edir.
Ekologiya
10 İyun , 2022 10:35
Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkilib - FOTO

Bakının mərkəzində yaradılan, sonradan sökülən qanunsuz parkinqin yerində Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Xan çinarı ağacı əkib.

“Report” ərazidən görüntüləri təqdim edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinq sökülüb, səki bərpa edilib.

Son xəbərlər

Orphus sistemi