Bakı. 7 mart. REPORT.AZ/
"Report"un xəbərinə görə, bu barədə Nazirliyin Aparat rəhbəri Vüqar Kərimov məlumat verib.
Onun sözlərinə görə, yaz ağac əkininin başlanması ilə əlaqədar jurnalistlərlə birgə Zığ şossesinin kənarında ağacəkmə aksiyası keçiriləcək və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm jurnalistlər bağı” adı veriləcək.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə xatırladıb ki, payız ağacəkmə mövsümündə 167 min müxtəlif cinsli ağac tingi paylanılıb.
O bildirib ki, meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib: "Hər ailə ağac əksin”, “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında keçirilən aksiyalar zamanı isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanılıb. Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə, ümumilikdə, 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 5000-ə yaxın müxtəlif cinsli ağac əkilib".