Bakıda vulkan püskürüb - YENİLƏNİB
- 11 avqust, 2022
- 07:29
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.
Mərkəzindən "Report"a bildirilib ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.
Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.

Lökbatan palçıq vulkanının episentr xəritəsi
| № | Tarix | Vaxt UTC | Koordinatlar | h, Δ km | ml | Davam. müddəti | |
| φ | λ | ||||||
| 1 | 11.08.2022 | 05:36:47.06 | 40.30 | 49.71 | 3 | 1.4 | 5 dəq.12s |

Lökbatan vulkanının dalğa forması
11.00
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
"Report"un məlumatına görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.