Qərargah: Abşeronda küləyin sürəti arabir 30 m/saniyəyədək şiddətlənir - YENİLƏNİB-2

Qərargah: Abşeronda küləyin sürəti arabir 30 m/saniyəyədək şiddətlənir - YENİLƏNİB-2 Dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb
Ekologiya
17 Yanvar , 2019 06:16
Qərargah: Abşeronda küləyin sürəti arabir 30 m/saniyəyədək şiddətlənir - YENİLƏNİB-2

Bakı. 17 yanvar. REPORT.AZ/ Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir.

“Report” xəbər verir ki, bu barədə ETSN-də yaradılan Qərargahın səhər saat 06:00-a olan operativ məlumatında deyilir.

Qeyd olunur ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.


***03:15

Bakı. 17 yanvar. REPORT.AZ/ 17 yanvar saat 03:00-a olan məlumata görə, açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.

“Report” xəbər verir ki, bu barədə ETSN-də yaradılan Qərargahın operativ məlumatında deyilir.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək, 6,3 dərəcə təşkil edir.


***02:05

Bakı. 17 yanvar. REPORT.AZ/ Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan “Report” verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.

"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi