Bakıda şüşə-boru sexinin atmosferi çirkləndirdiyi məlum olub

Bakıda şüşə-boru sexinin atmosferi çirkləndirdiyi məlum olub Bakı. 28 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub.
Ekologiya
28 İyul , 2018 14:12
Bakıda şüşə-boru sexinin atmosferi çirkləndirdiyi məlum olub

Bakı. 28 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.

Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.

Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən, qanunamüvafiq tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi