Bakıda 550 küçə dezinfeksiya edilib

Bakıda 550 küçə dezinfeksiya edilib Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.
Ekologiya
4 Dekabr , 2021 17:06
Bakıda 550 küçə dezinfeksiya edilib

Bu gün paytaxtda ümumşəhər sanitar günü keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı, paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.

Gün ərzində həyata keçirilən işlər zamanı 550 küçə dezinfeksiya olunub.

11:30

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

Bu barədə "Report"a BŞİH-dən məlumat verilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 4-ü səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.

Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

İngilis versiyası FotoSubbotnik held in Baku

Son xəbərlər

Orphus sistemi