ETSN: Bakıda qurumuş ağaclar yeniləri ilə əvəzlənib

ETSN: Bakıda qurumuş ağaclar yeniləri ilə əvəzlənib “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.
Ekologiya
1 Aprel , 2019 13:33
ETSN: Bakıda qurumuş ağaclar yeniləri ilə əvəzlənib
0 : 00
0 : 00

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a deyib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.

Son xəbərlər

Orphus sistemi