Bakıda qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Bakıda qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya
23 Yanvar , 2020 14:12
Bakıda qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi