Bakıda ov riskləri müzakirə olunacaq

Bakıda ov riskləri müzakirə olunacaq Fevralın 27-də Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.
Ekologiya
6 Fevral , 2020 17:07
Bakıda ov riskləri müzakirə olunacaq

Fevralın 27-də Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.

"Report"un xəbərinə görə, bu barədə Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov məlumat verib. 

O bildirib ki, beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və mütəmadi müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

E.Əsgərovun fikrincə, bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu qanuni hüquqları hesab edənlər:

"Bu səbəbdən təşkil ediləcək forumda tanınmış beynəlxalq mütəxəssislərin iştirakı ilə təzadlı fikirlər ətrafında maraqlı müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir".

Son xəbərlər

Orphus sistemi