İnstitut: "Bakıda müşahidə edilən kəpənəklər 15-20 gündən sonra məhv olacaqlar"

İnstitut: "Bakıda müşahidə edilən kəpənəklər 15-20 gündən sonra məhv olacaqlar" Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Bakıda və bəzi bölgələrdə kəpənəklərin sayının artması ilə bağlı açıqlama verib.
Ekologiya
31 May , 2019 15:15
İnstitut: Bakıda müşahidə edilən kəpənəklər 15-20 gündən sonra məhv olacaqlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Bakıda və bəzi bölgələrdə kəpənəklərin sayının artması ilə bağlı açıqlama verib.

İnstitutun direktor müavini Elşad Əhmədov “Report”a açıqlamasında deyib ki, “vanessa kardui” növünə aid olan kəpənəklərin kütləvi axınının heç bir zərəri yoxdur: “Kəpənəklərlə yumurta qoyduğu dövrdə kimyəvi mübarizə aparılmadığından onların Azərbaycanda kütləvi artımı müşahidə olunur. Bakı ətrafında müşahidə olunan kütləvi kəpənəklərin təbiətə və cəmiyyətə heç bir zərəri yoxdur. Ona görə də bu kəpənəklərin qarşısını almağa ehtiyac yoxdur. Onlar, təqribən, 15-20 gündən sonra məhv olacaqlar. Uçub gedənləri gedəcək, qalanları isə məhv olacaq. Bu kəpənəklərin ömrü bir aylıqdır. Ümumiyyətlə, həşəratların ömrü bir-iki ay aralığında olur. Təbii ki, onların arasında çox nadir hallarda qış dövründən keçid edən həşəratlar da mövcuddur”.

Direktor müavini bildirib ki, “Vanessa kardui” növünə aid olan gündüz kəpənəkləri mütəmadi olaraq Azərbaycana axın edirlər. Onun sözlərinə görə, demək olar ki, hər il bu kəpənəklərin miqrasiyası olur:

“Bu kəpənəklər “vanessa kardui” növünə aiddir. Bu növ kəpənəklər, adətən, 5000 km məsafəyə qədər miqrasiya edə bilirlər. Bu kəpənəklər yalnız gündüzlər fəaliyyət göstərdiyi üçün onlara həm də “gündüz kəpənəkləri” deyilir. Azərbaycan gündüz kəpənəklərinin miqrasiya etdiyi yolun üzərində yerləşir. Bizim ölkəmizdən əlavə Türkiyə, Kipr və İsraildə də bu kəpənəklərin kütləvi artımı müşahidə olunur. Konkret olaraq, bu kəpənəklərin hansı ərazidən gəldiyini deyə bilmərik. Bir məsələni də qeyd edim ki, Azərbaycanda 25 minə yaxın həşərat növü, 100-dən çox isə kəpənək növü var”. 

Son xəbərlər

Orphus sistemi