Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub

Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub Avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Ekologiya
24 Avqust , 2020 12:49
Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub
0 : 00
0 : 00

Avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. 

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 mm  təşkil edib.
Şimal-qərb küləyi səhər saatlarından tədricən 7-12 m/s-dək mülayimləşib. 

Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6, 7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23, aran rayonlarında 17-23, dağlıq rayonlarda 12-14, Naxçıvan MR-da 18-25 dərəcə isti olub.

Son xəbərlər

Orphus sistemi