Bakıda havanı çirkləndirən sexin sahibi 4 min manat cərimələnib

Bakıda havanı çirkləndirən sexin sahibi 4 min manat cərimələnib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.
Ekologiya
13 Noyabr , 2021 09:51
Bakıda havanı çirkləndirən sexin sahibi 4 min manat cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Onun sözlərinə görə, sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi