Yuxarı
    Bağlamaq

    Bakıda güclü külək əsəcək, qar yağacaq, havanın temperaturu 4 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə yağıntılı olacaq, qar yağacaq, şaxta olacaq

    Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə və gündüz 0-2 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

    Xəbərdarlığa görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi