Bakıda əsən güclü külək sabah günün ikinci yarısında mülayimləşəcək

Bakıda əsən güclü külək sabah günün ikinci yarısında mülayimləşəcək Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Ekologiya
13 İyul , 2015 13:07
Bakıda əsən güclü külək sabah günün ikinci yarısında mülayimləşəcək

Bakı. 13 iyul. REPORT.AZ/ İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, paytaxtda və Abşeron yarımadasında əsən şimal-qərb küləyinin sabah günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-24, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.           

Son xəbərlər

Orphus sistemi