Bakıda daha 5 ağac qanunsuz kəsilib

Bakıda daha 5 ağac qanunsuz kəsilib Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya
24 Yanvar , 2022 17:26
Bakıda daha 5 ağac qanunsuz kəsilib

Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib:

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır”.

Son xəbərlər

Orphus sistemi