Yuxarı
    Bağlamaq

    Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

    Bu barədə Birinci Vitse-Prezidentinin Katibliyinə şikayət məktubu ilə müraciət edilib© Report

    Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb.

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Bakı şəhəri Binəqədi rayon sakini İsmayıl Əliyev Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a və 3b saylı yaşayış binalarının ətrafında tikinti işləri ilə əlaqədar ağacların kəsilmə təhlükəsinin olması barədə Birinci Vitse-Prezidentinin Katibliyinə şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb.

    Əraziyə keçirilən baxış zamanı sözügedən ünvandakı yaşıllıq sahəsində 6-60 sm diametrliyində yaşköküstə müxtəlif cinsli (çinar, tut, palıd, sərv, armud, heyva, gilas, alça) 23 ədəd ağacın və 70 ədəd müxtəlif cinsli kol bitkisinin olduğu müəyyən edilib. Yaşıllıq sahəsində qanunsuz ağac kəsilməsi və zədələnməsi, həmçinin tikinti işlərinin aparılması halları aşkar edilməyib.

    Ağac və kol bitkiləri qeydiyyata alınaraq yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Ərazi nəzarətə götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi