Yuxarı
    Bağlamaq

    Bakıda ağacları qanunsuz kəsən sahibkar cərimələnib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti reyd keçiriblər
    © Report

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədi ilə növbəti reyd keçiriblər.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaq doldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub.

    Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.

    Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Prokurorluğuna göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi