Yuxarı

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimələnib

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimələnib

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub. 

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi