Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 3-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.
Sabah Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı proqnozlaşdırılır. Cənub qərb küləyi əsəcək, dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 10 dərəcədən 15 dərəcəyə qədər isti olacağı gözlənilir.