Bakı Zooloji parkında işlər yekunlaşır

Bakı Zooloji parkında işlər yekunlaşır Parkın heyvanları hazırda Qaradağ rayonunda karantindədir
Ekologiya
27 May , 2021 11:34
Bakı Zooloji parkında işlər yekunlaşır

“Bakı Zooloji parkında tamamlanma işləri qarşıdakı aylarda yekunlaşacaq”.

Bunu “Report”a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, parkın heyvanları hazırda Qaradağ rayonunda karantindədir:

“Zooparkda işlər yekunlaşmaq üzrə olsa da, heyvanların köçürülməsi ilə bağlı sərəncam yoxdur. Köçürülmə prosesi tədricən olacaq. Biz hazırda heyvanlara yem tədarükünü toplamaqla məşğuluq”.

Azər Hüseynov bildirib ki, zooparkın açılacağı tarix bilinən kimi ictimaiyyətə bu barədə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi