"Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür".
"Report" xəbər verir ki, bunu
Şöbə müdiri bildirib ki,
O qeyd edib ki, Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır.
Rasim Səttarzadə deyib ki, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalını müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qaz həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".