Nazirlik Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulmasına münasibət bildirib

Nazirlik Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulmasına münasibət bildirib Bakı. 27 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.
Ekologiya
137
27 Fevral , 2019 18:45
Nazirlik Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulmasına münasibət bildirib
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.

Nazir müavini Firdovsi Əliyev “Report”a açıqlamasında sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.

Onun sözlərinə görə, həmin əraziyə Nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib və araşdırma aparılıb: “Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də - yaşıllıq ərazidə 21 şam ağacının qəsdən qurudulması, aşması və kəsilməsi faktı aşkar edilib. Məlum olub ki, ərazidə “Xalq city” MTK tərəfindən tikinti işləri aparılır. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan hesablanıb”.

F.Əliyev qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, təqsirkarlara qanunvericilik çərçivəsində cəza tədbirlərinin təyin edilməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib. 

Nazir müavini bildirib ki, ərazi Nazirlik tərəfindən nəzarətə götürülüb və bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilməsi, qurumuş ağacların yerinə yenilərinin əkilməsi barədə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi