"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə ərzaq təhlükəsizliyi problemlərinə həsr olunan sessiya keçirilib

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə ərzaq təhlükəsizliyi problemlərinə həsr olunan sessiya keçirilib "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə "Qida Sistemləri: Regionlarda Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Problemlərinin həlli" adlı sessiya keçirilib.
Ekologiya
1 Oktyabr , 2024 15:52
Bakı İqlim Fəaliyyəti Həftəsində ərzaq təhlükəsizliyi problemlərinə həsr olunan sessiya keçirilib

"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə "Qida Sistemləri: Regionlarda Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Problemlərinin həlli" adlı sessiya keçirilib.

"Report" xəbər verir ki, sessiyada iqlim dəyişikliliyinə qarşı davamlılığa, qida tullantılarının azaldılması və bütün vətəndaşlar üçün qidaya əlçatanlığın təmin edilməsi ilə bağlı fikirlər müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı məlumat verib ki, kənd təsərrüfatı dünya miqyasında iqtisadiyyatın kritik sektorudur və onun ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu var.

O həmçinin qeyd edib ki, bu sahədə çalışan insanlar da iqlim dəyişikliyi problemlərinə çox həssasdırlar.

"AgroDairy" şirkətinin baş direktoru Niyazi Əmirbəyov deyib ki, ölkələrdə insanların sayı artdıqca, çeşidli məhsullara tələbat da artır:

"Resursların azalması isə bu zaman iqtisadiyyata təsir edir. Azərbaycanda da iqlim dəyişikliyi səbəbindən torpaqların məhsuldarlığının aşağı düşməsi, yağıntıların azalması kimi problemlər müşahidə edilir. Müharibələr də resursların məhdudlaşmasına səbəb olur, kənd təsərrüfatında məhsuldarlıq azalır".

Korporativ Məsələlər, Strategiya və Əlaqələr üzrə Direktor Riçard Oll (Riçard All) deyib ki, kənd təsərrüfatı və qida sənayesi 30 faiz emissiyalara səbəb olursa, bu, ciddi rəqəmdir.

O bildirib ki, bu mövzu COP29-da müzakirə olunmalı, həmin tədbir yaxınlaşdıqca şirkətlər, yerli kapitala malik insanlar da bu sahəyə cəlb edilməlidir.

R.Oll vurğulayıb ki, fermerlərin də iqlim dəyişikliyi ilə mübarizədə rolu artırılmalıdır.

Dayanıqlı Kənd Ərzaq Sistemlərinin (ICARDA) nümayəndəsi Vinay Nangia deyib ki, kənd təsərrüfatı məhsullarının 77 faizi heyvandarlıq sahəsində istifadə olunur. Afrikada qidanın 95 faizi qida sistemləri natamam olan şəraitdə hazırlanır: "İnsanlar təbii ehtiyatları israf edirlər. Bu, kənd təsərrüfatı sahəsində balansın pozulmasının göstəricisidir".

O torpaqların səmərəli istifadə edilməsi üsullarına toxunaraq diqqəti aqroekoloji yanaşmaya yönəldib.

"Elof Hansson Clean Tech" layihəsinin rəhbəri Stefan Hagemannın sözlərinə görə, emissiyaların azaldıması üçün meşələrin sahəsi artırılmalı, kənd təsərrüfatında effektli işlər görülməlidir: "İqlim şəraitinə və torpağa uyğun xüsusi ağaclar əkilməlidir ki, həmin bitkilər daha tez böyüsün".

Panel sessiyası müzakirələrdən sonra işini başa çatdırıb.

Son xəbərlər

Orphus sistemi