“AzerGold” QSC 10 may- Gül bayramı münasibətilə 10 hektar ərazini yaşıllaşdırıb

“AzerGold” QSC 10 may- Gül bayramı münasibətilə 10 hektar ərazini yaşıllaşdırıb Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində yaşıllaşdırma aksiyası keçirib
Ekologiya
8 May , 2017 18:17
“AzerGold” QSC 10 may- Gül bayramı münasibətilə 10 hektar ərazini yaşıllaşdırıb
“AzerGold”

 Bakı. 8 may. REPORT.AZ/ “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 10 may - Gül bayramı münasibətilə Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində yaşıllaşdırma aksiyası keçirib. 

QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Azergold" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinin dəstəyi ilə 10 hektar ərazidə ağac əkib.

Aksiyanın keçirilməsi üçün “AzerGold” QSC bir neçə müddət əvvəl Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinə müraciət edib. Müəssisə müraciətə müsbət yanaşıb, təşkilatı təmənnasız müxtəlif cinsli ağaclarla təmin etməyə və kömək üçün əraziyə mütəxəssislər göndərməyə razılığını bildirib.

QSC-nin və müəssisənin əməkdaşları 20 gün ərzində sərv, gavalı, alma, meşə gilası, meşə armudu, qoz, fındıq kimi ağaclardan ibarət ümumilikdə 6 min ağac əkiblər.

“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi