Azərbaycanda yeni biosfer rezervatı yaradılacaq

Azərbaycanda yeni biosfer rezervatı yaradılacaq "Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq"
Ekologiya
28 Aprel , 2021 10:40
Azərbaycanda yeni biosfer rezervatı yaradılacaq

"Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq".

"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yeni yaradılacaq qurum qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: "Qurumun ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək".

Son xəbərlər

Orphus sistemi