Azərbaycanlı Gənc Avropa səfirləri evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb

Azərbaycanlı Gənc Avropa səfirləri evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs) Bakı, Gəncə və Lənkəran şəhərlərinin küçələrində evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb.
Ekologiya
29 Fevral , 2024 12:51
Azərbaycanlı Gənc Avropa səfirləri evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb

Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs) Bakı, Gəncə və Lənkəran şəhərlərinin küçələrində evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb.

“Report” xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihənin məqsədi evsiz heyvanlara qayğı göstərmək və dayanıqlı təcrübələri təşviq etməkdir.

Gənc Avropa səfiri Nərgiz Əliyeva bildirib ki, yaradılan sığınacaqların qarşısında yerli sakinlər yemək və su qabları yerləşdirib:

"Nəticə göz qabağındadır, hər bir yaradılmış sığınacağın qarşısında yerli sakinlər tərəfindən qoyulmuş yemək və su qabları, hər kəsin üzündə sahibsiz heyvanların rifahından xəbər verən təbəssüm tapmaq olar".

Azərbaycandakı "Good World Animals Rescue and Protection" (GWARP) qeyri-hökumət təşkilatının prezidenti Fərid Mansurov vurğulayıb ki, sığınacaqların quraşdırılması evsiz heyvanlar üçün təhlükəsiz sığınacaq təmin etməklə yanaşı, həm də tüklü dostlarımıza qarşı şəfqət və empatiya mədəniyyətini inkişaf etdirir:

"Evsiz heyvanların ehtiyaclarının ödənilməsində və daha humanist cəmiyyətin təşviqində bu təşəbbüslərin əhəmiyyəti çox böyükdür".

Son xəbərlər

Orphus sistemi