“Azərbaycan və Hindistanın iş adamlarının iştirakı ilə keçirilən biznes dialoqları, sərgilər iki ölkənin investorlarını biznes mühitini öyrənməyə həvəsləndirir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Hindistan biznes simpoziumunda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.
Xatırladaq ki, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının yerli həmsədri nazir
Komissiyanın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm rol oynadığını qeyd edən N.Quliyev bu günə qədər 5 iclas keçirdiklərini bildirib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanla Hindistan arasında ətraf mühitin qorunması ilə bağlı memorandum imzalanıb və hazırda bu sənədə qarşı tərəf baxır.
Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycanın Hindistanla ticarət dövriyyəsinin dəyəri 929 milyon ABŞ dollarına yaxın olub. Hazırda ölkəmizdə Hindistan kapitallı 170 şirkət fəaliyyət göstərir.