Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb "Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub"
Ekologiya
31 İyul , 2015 16:18
Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Bakı. 31 iyul. REPORT.AZ/ Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsinin çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsinin çaylarında isə 70-90 faizini təşkil edir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Tranzit çaylar haqqında olan məlumatda bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişikliyin müşahidə olunmadığı qeyd edilib. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 103 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 14 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

İyulun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 4, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm (2014-cü il iyulun 31-də 294 sm), Şirvanda 191 sm (2014-cü il iyulun 31-də 134 sm), Salyanda 120 sm (2014-cü il iyulun 31-də 60 sm), Bankədə 174 sm (2014-cü il iyulun 31-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2014-cü il iyulun 31-də 16 sm) təşkil edir.

Son xəbərlər

Orphus sistemi