Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq Bazar günü Bakıda gündüz 31-36 dərəcə isti olacağı gözlənilir
Ekologiya
25 İyul , 2015 12:39
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 21-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi