Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
"Report" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.
Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.
Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı "Report"a açıqlamasında bildirib ki, zəlzələ Şamaxı ərazisində yerli vaxtla 16:46-da qeydə alınıb.
"Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub",- o bildirib.