Azərbaycanda yağışlı hava sabah da davam edəcək

Azərbaycanda yağışlı hava sabah da davam edəcək Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var
Ekologiya
15 Oktyabr , 2016 12:30
Azərbaycanda yağışlı hava sabah da davam edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxt və yarımadada şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi