Yuxarı

Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

​Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq

"Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə edilsin".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

O deyib ki, meşə təsərrüfatından sənaye məqsədlərilə istifadə üçün yaxın perspektivdə bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub: “Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi