Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bəzi yerlərdə yağış yağacağı ehtimalı var
Ekologiya
12 Aprel , 2017 12:44
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi