Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 isti olacağı gözlənilir
Ekologiya
19 Noyabr , 2014 16:13
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Bu barədə “Report”a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, bəzi şimal və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi