Yuxarı

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir

Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə 5-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 20-dən 21-i gündüzədək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 21-i günün ikinci yarısından dekabrın 23-ü günortayadək atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin dekabrın 22-si günün ikinci yarısında güclü xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi