Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir
Ekologiya
24 Dekabr , 2014 14:10
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə 3-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi