Azərbaycanda sabah yağış gözlənilir

Azərbaycanda sabah yağış gözlənilir Dağlarda gecə 0-5 dərəcəyədək isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta gözlənilir
Ekologiya
13 Noyabr , 2014 12:39
Azərbaycanda sabah yağış gözlənilir
Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumatda bildirilir ki, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub rayonlarında isə az yağış yağacağı ehtimalı var və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi