Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda axşama doğru yağış yağacağı gözlənilir
Ekologiya
197
23 Aprel , 2015 13:09
Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 24-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi