Azərbaycanda qanunsuz ov edənlər cəzalandırılıb - SİYAHI

Azərbaycanda qanunsuz ov edənlər cəzalandırılıb - SİYAHI Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi üçün rayon polis şöbələrinə müraciət edilib
Ekologiya
1 Dekabr , 2014 15:46
Azərbaycanda qanunsuz ov edənlər cəzalandırılıb - SİYAHI

Bakı. 1 dekabr. REPORT.AZ/ "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, reyd zamanı Samux rayonu Palıdlı meşəsi adlanan ərazidə ovla məşğul olan Samux rayon Füzuli kənd sakini Əli Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi və 2 ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Saatlı rayonu Musalı kənd sakini Namiz İsmayılov saxlanılıb və ondan 1 ov tüfəngi, 8 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq, 1040 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı ov edən Neftçala rayonu Dördlər kənd sakini Vüsal Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol verən şəxs barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Qax Dövlət Təbiət Yasaqlığının ərazisində ovla məşğul olan Zaqatala rayonu Tala kənd sakini Ramiz Qardaşov saxlanılaraq ondan 1 ov tüfəngi və 29 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib olunub və 1000 manat məbləğində cərimə edilib.

Eyni zamanda Cəlilabad rayonu Zəvvar Ovçuluq Təsərrüfatı, Lənkəran rayonu Haftoni qəsəbəsi və Xaçmaz rayonu Muxtadır-Sibiroba ərazilərində ov edən 3 naməlum şəxs saxlanılıb. Faktlarla bağlı aktlar tərtib olunaraq həmin şəxslərdən 3 ov tüfəngi, 5 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi