Azərbaycanda qanunsuz ov edən şəxslər cəzalandırılıb - SİYAHI

Azərbaycanda qanunsuz ov edən şəxslər cəzalandırılıb - SİYAHI Növbəti reydlər keçirilib
Ekologiya
3 Noyabr , 2014 15:27
Azərbaycanda qanunsuz ov edən şəxslər cəzalandırılıb - SİYAHI
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Göyçay rayonunun Alpout kəndi ərazisində Göyçay rayonu Qarabaqqal kənd sakini Əlövsət Həsənov, Kürdəmir rayonu Təklə kəndi ərazisində Kürdəmir şəhər sakini Asim Səlimov, Abşeron rayonu Məmmədli kəndi ərazisində Bakı şəhər sakini Ceyhun Ağayev və Xaçmaz şəhər sakini Xəlil Xəlilov, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində Cəlilabad rayonu Uzuntəpə kənd sakinləri İntiqam Nəsirov və Azər Sadiqov ov edərkən saxlanılıblar. Qanunsuz ov edən bu şəxslərdən 6 ədəd ov tüfəngi və 52 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilib, hər biri 1000 manat məbləğində cərimə olunub.

Qax Dövlət Təbiət Yasaqlığının ərazisində isə Şəki rayonu Kiçik Dəhnə kənd sakini Sahib Məmmədrəhimov saxlanıb, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilərək qanun pozucusuna 1000 manat məbləğində cərimə yazılıb.

Eyni zamanda, Saatlı rayonu Şirinbəy kəndi ərazisində içərisində 4 nəfərin olduğu 10 VC 767 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 3 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış cüllüt quşu aşkar edilib. Lakin həmin şəxslər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməyib və tüfənglərin götürülməsinə mane olmaqla ETSN-nin əməkdaşlarına müqavimət göstəriblər. Bundan başqa, reydlər zamanı İsmayıllı rayonunun Şəbiyan kəndi ərazisində də 2 nəfər naməlum şəxs saxlanılıb. Müqavimət göstərmələrinə baxmayaraq onlardan 2 ədəd ov tüfəngini və 4 ədəd patronu götürmək mümkün olub. Hər 2 fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub. 

Son xəbərlər

Orphus sistemi