Yuxarı

Azərbaycanda parlament seçkiləri günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi