Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.
Ekologiya
102
5 Noyabr , 2019 11:48
Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata əsasən, noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi