Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya
21 Aprel , 2018 12:15
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Report/FIri Salim

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi-Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 1-4, Lənkəran-Astara zonasında 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10, Dəstəfürçay Qaraqollarda (Daşkəsən), Gəncəçay-Alaxançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.

Son xəbərlər

Orphus sistemi