Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda yağış yağacaq
Ekologiya
1 Aprel , 2015 13:10
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 2-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi