Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq

Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycanda qapalı kök sistemi tingliyinin, müasir toxumçuluq laboratoriyasının yaradılması və təşkili nəzərdə tutulur”.
Ekologiya
23 Fevral , 2019 09:35
Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq

Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycanda qapalı kök sistemi tingliyinin, müasir toxumçuluq laboratoriyasının yaradılması və təşkili nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi bildirib ki, yeni meşə strategiyasına uyğun olaraq prioritet istiqamətlərdə görüləcək tədbirlər sayəsində meşə təsərrüfatının idarə olunmasında ciddi təkmilləşdirmə aparılacaq və meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadəsinə nail olunacaq.

Sektor müdiri qeyd edib ki, meşələrin idarə olunmasının modernləşdirilməsi istiqamətində görüləcək tədbirlərdən biri də innovativ texnologiyalardan istifadə edilməklə mühafizə və qiymətləndirmə sahəsində müasir tələblərə cavab verən irəliləyişə nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi