Yuxarı
    Bağlamaq

    Birlik sədri: Meşə yanğınlarının 90 faizindən çoxu antropogen amillərin təsirindən olur

    İslam Mustafayev: Azərbaycanda ildə 40-50 hektar meşə sahəsi yanır

    Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanda meşə yanğınlarının 90 faizindən çoxu antrpogen amillərin təsirindən olur və il ərzində 40-50 hektar meşə sahəsi yanır.

    Bu barədə "Report"a "Ruzgar" Ekoloji İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı İslam Mustafayev bildirib.

    Onun sözlərinə görə, hazırda meşə zolaqlarının yanmasının qarşısnın alınması məqsədilə İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında əhali arasında maarifləndirmə işləri aparılır: "Əhali ilə apardığımız söhbətlər, müşahidələrimiz və araşdırmalarımız nəticəsində məlum olur ki, meşə yanğınları əsasən biçilmiş taxıl yerlərinin yandırılması, turistlərin istirahət üçün gəldikləri ərazilərdə yandırdıqları odu söndürməmləri, maşından keçən yolçuların yanan siqareti əraziyə atması kimi səbəblərdən baş verir. Meşə yanğınlarının 90 fazindən çoxunu əhali törədir. Çox az hallarda ildırım düşməsindən, meşəyə düşən hər hansı predmetin günəş enerjisi yığmasından yarana bilər".

    İ.Mustafayev bildirib ki, son 100 ildə dünyada meşələrin 56 faizi yanıb. Belə ki, ildə dünya üzrə 20 milyon hektara qədər meşə yanır. 

    Azərbaycanın hər adambaşına düşən meşə sahəsinə görə dünyada mövcud olan orta standartdan aşağı olduğunu deyən AMEA-nın müxbir üzvü ölkəmizdə cəmi 1 milyon 200 min hektar olan meşə sahəsinin ildə onlarla hektarının yanmasının zərələli tendensiya olduğunu və aradan qaldırılmasının vacibliyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi